Naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb - Lənkəranda

Qəzalar 17 Avqust 2017 09:27 Oxunub 681
Naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nurxan Haşımov körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub

Lənkəranda 48 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun dağətəyi kəndi Siyobilidə baş verib. Belə ki, Siyobili sakini Haşımov Nurxan Məmməd oğlu kənddəki körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb. Hadisə yerinə çağırılan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri ilkin müdaxilədən sonra yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Yol polisi əməkdaşları hadisə yerində olub. Hazırda sürücünün tapılması ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh