Avtomobil piyadanı vurub - Şəmkirdə

Qəzalar 17 Avqust 2017 09:28 Oxunub 699
Avtomobil piyadanı vurub - Şəmkirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil yolu keçmək istəyən rayon sakini, 1992-ci il təvəllüdlü Rzayev Eyyub Vəli oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə E.Rzayev ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların hadisə yerinə çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən E.Rzayevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh