FHN-ə avtomobildə partlayıcı qurğu olması barədə məlumat verilib

Gündəm 17 Avqust 2017 10:27 Oxunub 707
FHN-ə avtomobildə partlayıcı qurğu olması barədə məlumat verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməyib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xətai rayonunda, Neopal dairəsi yaxınlığında ''Opel" markalı minik avtomobilində partlayıcı qurğu olması barədə məlumat daxil olub. Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həmçinin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılıb. XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilib, aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh