Minik avtomobili ilə motosiklet toqquşdu - Lənkəranda

Qəzalar 17 Avqust 2017 11:15 Oxunub 720
Minik avtomobili ilə motosiklet toqquşdu - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin baş vermə səbəbləri araşdırılır

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı, 90 ST  494 dövlət nömrə nişanlı avtomaşınla motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh