Şəmkirdə reyd: 40-dan çox sürücü cərimələndi - ÖZƏL- FOTO/VİDEO

Avtoreyd 17 Avqust 2017 11:36 Oxunub 1849
Şəmkirdə reyd: 40-dan çox sürücü cərimələndi - ÖZƏL- FOTO/VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılan sürücü 8 nəfərlik yeri olsa da 15 nəfər sərnişin daşıdığını etiraf edib

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının nəzarətində olan ərazidə, eləcə də Şəmkir rayonunda reyd keçirilib. Reyd zamanı 40-dan çox sürücüyə inzibati protokol tərtib olunub. İki sürücü isə bərələrində tətbiq edilmiş cərimələri vaxtında ödəmədiyi üçün avtomobilləri duracağa aparılıb. Reyd zaman sərnişindaşıma qaydalarını pozan sürücülər də aşkarlanıb. Üç sürücü barədə müvafiq olaraq protokol tərtib edilib.

Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşı bildirir ki, sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmadan avtomobil idarə edən 3 sürücü cərimə edilib. Təhlükəsizlik kəmərindən istifadə etməyən, ötmə əməliyyatı və digər qaydaları pozan sürücülər barəsində də inzibati protokol tərtib edilib. Reyd zamanı aşkar olunan acınacaqlı hallardan biri də qanunsuz olaraq sərnişindaşıma həyata keçirən bəzi sürücülər öz əməllərinə haqq qazandırıblar. “Ford” markalı mikroavtobusun sürücüsü 8 nəfərlik yeri olsa da 15 nəfər sərnişin daşıdığını etiraf edib və bunu xeyir işlə əlaqələndirib və toya getdiklərini qeyd edib. “Mercedes” markalı mikroavtobusun sürücüsü isə öz ailə üzvlərini daşıdığını qeyd edib və bunun üçün müvafiq kateqoriyasının olmamasında problem görmədiyini bildirib. Lakin YPX əməkdaşları qayda pozan bütün sürücülər barədə protokollar tərtib ediblər və bu cür reydlərin davamlı olacağını bildiriblər.

Orxan 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh