Bakıda avtomobillə piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayıb

Gündəm 17 Avqust 2017 12:28 Oxunub 630
Bakıda avtomobillə piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası avqustun 23-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vurmaqda təqsirləndirilən Rafiq Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə məlum olub ki, 1959-cu ildə Bərdə rayonunda anadan olmuş R.Həsənov hazırda Bakı şəhərində qeydiyyatdadır. Məhkəmənin baxış iclası avqustun 23-nə təyin edilib. Qeyd edək ki, hadisə bu il aprel ayının 17-də Binəqədi rayonu, Baksol yolunda baş verib. Həmin yolda hərəkətdə olan R.Həsənov piyada Şahin Şahmuradovu vurub. O, daha sonra hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralı avqustun 18-də dünyasını dəyişib. Polis əməkdaşları tərəfindən saxlanılan R.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh