Cəld tərpənib ölümdən qurtuldular - VİDEO

Avtosfer TV 17 Avqust 2017 18:33 Oxunub 2779
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis olayla bağlı araşdırmalara başlayıb

Ərlə arvadın olduğu avtomobil evin qarşısında dayanır. Qadın avtomobildən düşür. Bu zaman evə yan alan maşından düşən silahlı cinayətkar onlara tərəf qaçır. Ər cəld tərpənir, arvad maşına oturur və onların avtomobili sürətlə olay yerindən uzaqlaşır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, hadisə Cənubi Afrika Respublikasındakı Yohannesburq şəhərində, Midrand bölgəsində baş verib. Rocer və Anell Hills maşınla evə qayıtmışdılar. Bu zaman evin qarşısında Mercedes-Benz markalı avtomobil dayanıb. Maşından düşən, əlində tapança olan şəxs Hillərin avtomobilinə tərəf qaçıb. Bunu görən Rocer "Anell, tez otur maşına!" qışqırıb. Anell Hilss maşına oturandan sonra Rocer avtomobili sürətlə yerindən tərpədərək uzaqlaşıb. Beləcə, ərlə arvad silahlı quldurdan qurtulublar. Polis olayla bağlı araşdırmalara başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh