İctimai nəqliyyatda təhlükəsizlik necə təmin olunur? - VİDEO

Qaydalar 17 Avqust 2017 12:53 Oxunub 3603
İctimai nəqliyyatda təhlükəsizlik necə təmin olunur?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslar xəttə buraxılarkən nəzarətdən keçirilirmi?

Avtobus istehsalı ilə məşğul olan şirəkətlərin demək olar ki, hamısı fövqəladə halları nəzərə alır. Bu məqsədlə nəqliyyat vasitələrinin konstruksiyasına xüsusi vasitələr əlavə olunur. Təbii ki, bütün bunlar hər hansı fövqəladə vəziyyət yarandığı vaxt sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bəs sərnişinlər necə, bundan xəbərdardırmı?

Bəzən ictimai nəqliyyatda yalnız çəkic üçün qoyulan yerə rast gəlirsən. Ya sərnişinlər, ya da sürücülər tərəfindən çəkiclər qoyulduğu yerdən götürülür. Bununla yanaşı avtobuslarda yanğınsöndürmə balonları da olmalıdır ki, bu da yanğın baş verərkən vacib əhəmiyyət daşıyır. Avtobuslar xəttə buraxılarkən nəzarətdən keçirilirmi?

"Ekspertlər isə deyirlər ki, avtobusdlarda texniki təhlükəsizlik qaydaları nəinki sürücülərin, eyni zamanda sərnişinlərin də diqqətinə davamlı olaraq çatdırılmalıdır. Təhlükəsizlik çəkiclərinin olmaması isə ağır faciələrə gətirib çıxara bilər. Bu kimi məsələlərə ciddi nəzarət edilməlidir ki, hadisə baş verən zaman xəsarət alanların sayı minimum olsun. Ekspert vurğulayır ki, təhlükəsizlik çəkiclərinin olmamasına görə cərimə sanksiyaları tətbiq edilə bilər. Sürücülərin günahı sübuta yetirilərsə, inzibati qaydada tənbeh edilə və cəzalandırıla bilər. Digər tərəfdən sərnişinlər də İctimai nəqliyyatdan istifadə edərkən təkcə oturub getmək barədə düşünməməlidirlər. Mənzil başına sağ-salamat çatmaq üçün avtobuslarda hər kəsin təhlükəsizlik barədə düşünməsi vacib şərtdir.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh