Ucarda sərnişin avtobusu “KamAZ”a çırpıldı - VİDEO

Qəzalar 17 Avqust 2017 13:39 Oxunub 971
Ucarda sərnişin avtobusu “KamAZ”a çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaların səbəblərinin araşdırılması istiqamətində tədbirlər görülür

Ucarda yol qəzası baş verib. Avtosfer.az “arbtv”yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb. Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "Ford" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KamAZ"a çırpılıb. Mikroavtobusun sürücüsü və sərnişini Zahid İslamzadə xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Bəxtiyar Səfərov (“KamAZ”ın sürücüsü): “Bakıdan gəlirdim. Mənim maşınımı vurdu apardı ora. Gördüm saxlasam öləcək, çəkdim yolun qırağına. Qoymadım ölə, çıxartdım”. Qəzaların səbəblərinin araşdırılması istiqamətində tədbirlər görülür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh