İki nəfərin ölümünə səbəb olan "Prado"nun - VİDEOSU

Avtodünya 17 Avqust 2017 23:19 Oxunub 5109
İki nəfərin ölümünə səbəb olan "Prado"nun - VİDEOSU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Masallıda ağır yol qəzası baş verib, yas-yasa qarışıb

Masallıda ağır yol qəzası olub. Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər. Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh