Avtomobil 65 yaşlı kişini vurub - Neftçalada

Qəzalar 18 Avqust 2017 09:20 Oxunub 758
Avtomobil 65 yaşlı kişini vurub - Neftçalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gülağa İmanovun vəziyyəti ağır olduğundan o, Bakıya gətirilib

Neftçala rayonunda avtomobil piyadanı vurub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Həsənabad qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 65 yaşlı Gülağa Famil oğlu İmanov yolu keçən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərilib. Lakin G.İmanovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh