Deputatın bacısı qəzaya düşdü: 4 nəfər xəsarət alıb - Naftalanda

Qəzalar 18 Avqust 2017 11:02 Oxunub 695
Deputatın bacısı qəzaya düşdü: 4 nəfər xəsarət alıb - Naftalanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Naftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh