12 yaşlı qızı avtomobil vurub - Göyçayda

Qəzalar 18 Avqust 2017 11:27 Oxunub 617
12 yaşlı qızı avtomobil vurub - Göyçayda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Kuyeyeva Nərminə Elnur qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nərminə Kuyeyeva təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh