"Pobeda" aviaşirkəti Bakıya aviareysləri bərpa etməyəcək

Gündəm 18 Avqust 2017 12:10 Oxunub 758
"Pobeda" aviaşirkəti Bakıya aviareysləri bərpa etməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviaşirkət səbəb kimi Bakı hava limanının qiymətlərinin baha olmasını göstərib

Rusiyanın aşağıbüdcəli "Pobeda" aviaşirkəti Rostov-Don şəhərindən Bakıya bərpasını planlaşdırdığı aviauçuşları təxirə salıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu şəhərdən Bakıya uçuşlar 2017-ci ilin qış cədvəlində yer almayıb. Məsələ ilə bağlı şirkətin mətbuat katibi Yelena Selivanova bildirib ki, Azərbaycan paytaxtı Bakının hava limanının tarifləri çox yüksək olduğundan "Pobeda" Bakıya reyslərin bərpasını planlaşdırmır. "Rostov-Dondan Bakıya reyslərin yerinə yetirilməsi üçün "Pobeda" qiymətlərin dəyərini də artırmalı olacaqdı", - Y.Selivanova əlavə edib. "Pobeda" şirkəti Rostov-Dondan Bakıya uçuşları 2016-cı il 30 oktyabrdan yerinə yetirməyə başlamışdı. Bu reys rostovlular arasında böyük rəğbət qazanmışdı. Lakin yayda kurort istiqamətlərə uçuşların yerinə yetirilməsi ilə əlaqədar reyslər dayandırılmışdı. Hazırda şirkətin qış cədvəlində Rostov-Dondan Mosvka ("Vnukovo"), Sankt-Peterburq və Tbilisiyə uçuşlar qeyd edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh