İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü – 1 ağır yaralı

Qəzalar 18 Avqust 2017 12:11 Oxunub 1329
İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü – 1 ağır yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir

Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-ın əldə etdiyi məlumata görə, sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb. Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir. Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib. Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır. Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh