Sumqayıtda soyğunçunu yaxalayan yol polisləri bunlardır - - FOTO

Yol polisi 18 Avqust 2017 12:52 Oxunub 2755
Sumqayıtda soyğunçunu yaxalayan yol polisləri bunlardır - - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır

Sumqayıtda yol polisi əməkdaşları soyğunçuluq edən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 16-da Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən bir qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb. Bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və onlardan kömək istəyib. Ərazidə xidmət aparan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, serjantlar Sahib Əkbərov və İsa Hüseynov qadının çantasını soyğunçuluq yolu ilə alaraq qaçan şəxsi tutaraq ələ keçirdiyi maddi sübutlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriblər. Araşdırma zamanı cinayət törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini  Nizami Ağəliyev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh