Kamil Zeynallı sükan arxasında niyə kəmər taxmır? – VİDEO

Maraqlı 18 Avqust 2017 13:31 Oxunub 2868
Kamil Zeynallı sükan arxasında niyə kəmər taxmır? – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tanınmış idmançı “İnstaqram” hesabında maraqlı görüntülər paylaşıb

İdmançı sükan arxasında  təhlükəsizlik kəməri taxmadan,ara sıra sükanı buraxaraq mahni oxuyur.Kimin üçün maraqlı,kimin üçün isə,təhlükəli hərəkətləri ilə diqqət çəkib.Görəsən DYP yalnız sıravi insanları qayda pozuntusuna görə cərimələyir,yoxsa qaydalar hammıya şamil olunur? İki qayda pozuntusundan ən yüksəyi tədbiq oluna bilər,buda hər halda 40 manat təşkil edir.

Əsasən də tanınmış insanlar sükanı azyaşlı uşağa verir, təhlükəsizlik kəmərini taxmır, yaxud xüsusi vasitə olmadan ön oturacaqda uşaq əyləşdirirlər.

Belə görüntülər əsasən də məşhurlar tərəfindən tez-tez sosial şəbəkələrdə paylaşılır.Bəs görəsən bu görüntülərin hər biri araşdırılır və onu törədən sürücülər cərimələnir? Belə faktlar dəfələrlə qeydə alınıb və xətanı törədənlər haggında hələlik heç bir məlumat yoxdur.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib ki, hətta film və klip çəkilişlərində belə icazə alınıb, təhlükəsizlik təmin edilmədən qayda pozan şəxslər də cərimə olunacaqlar.

Avtosfer.az AvtoReyd.az-a istinadla mövzu ilə bağlı daha ətraflı görüntüləri təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh