BNA daşıyıcılara xəbərdarlıq məktubu göndərib

Gündəm 18 Avqust 2017 15:12 Oxunub 820
BNA daşıyıcılara xəbərdarlıq məktubu göndərib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahil metrosunda təmir işləri ilə əlaqədar

Sahil metrosunda aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib. BNA-dan Avtosfer.az-a verilən xəbərə görə, daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb. “Həmçinin sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılsın. Eyni zamanda, ehtiyac olarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb”, - deyə məlumatda vurğulanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh