İki azyaşlının öldüyü dəhşətli qəza ilə bağlı AÇIQLAMA

Qəzalar 18 Avqust 2017 15:27 Oxunub 1067
İki azyaşlının öldüyü dəhşətli qəza ilə bağlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Həmin hadisədə beynimə qan sızıb, qapalı kəllə-beyin travması almışam, 4 barmağım qırılıb, indi-indi özümə gəlirəm"

Avqustun 8-də ağır yol nəqliyyat hadisəsi nəticəsində yaralanan Mehdixan Vəkilov jurnalistlərə müraciət edib. Avtosfer.az strategiya.az-a istinadən xəbər verir ki, o hadisə barəsində operativ informasiya yaydıqları üçün jurnalistlərə təşəkkür edərək, hər kəsi belə məsələlərdə həssas olmağa, yanlış informasiya yaymamağa çağırıb: “Həmin hadisədə beynimə qan sızıb, qapalı kəllə-beyin travması almışam, 4 barmağım qırılıb, indi-indi özümə gəlirəm. O hadisə zamanı heç bir sürücü içkili olmayıb. Təəssüf ki, bəzi jurnalistlərin yaydığı məlumatda sürücünün içkili olması yazılıb. Lakin həmin gecə sürücü ekspertizadan keçib və içkili olmaması öz təsdiqini tapıb”.

 

Xatırladaq ki, 8 avqustda Novxanı-Binəqədi yolunda iki “Mersedes” və bir VAZ 2106 markalı minik maşınları toqquşması nəticəsində 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. 1980-ci il təvəllüdlü Mehman Seyidov, 1988-ci il təvəllüdlü Könül Seyidova, 1992-ci il təvəllüdlü Ləman Mahmudzadə, 1992-ci il təvəllüdlü Lamiyə Mahmudzadə və 1978-ci il təvəllüdlü Mehdixan Vəkilov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh