“Belə halla rastlaşanda şikayət edin!” – Azər Həsrət

Gündəm 18 Avqust 2017 15:46 Oxunub 1412
“Belə halla rastlaşanda şikayət edin!” – Azər Həsrət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Demək istədiyim odur ki, evakuator heç bir maşını belə qəfil gəlib apara bilməz

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət öz feysbuk (Facebook) sosial şəbəkəsində rastlaşdığı hadisəylə bağlı etirazını bildirib. Avtosfer.az həmin hadisəni şərh edən A. Həsrətin paylaşımını təqdim edir:

“Dünən işdən evə gedəndə bir olay gəldi başıma. Daha doğrusu, məcbur oldum buna. Dilarə Əliyeva küçəsilə gedirdim. Konservatoriyanın arxa tərəfində yol dardır. Sağda maşınlar dayanıb, cəmi bir maşının keçəcəyi qədər yol qalır. O yolla da gedirdim. Bu anda qəfildən bir evakuator gəlib düz qarşımda dayandı. Maşınların arasından birini götürüb aparmaq istəyirdi. Maşını saxladım olduğum yerdə, geri çəkilmədim. Bir gənc düşüb işarə etdi ki, geri çəkil. Çəkilmədim. Maşından düşüb tələb etdim ki, onlar çəkilsin. Çəkilmədilər, əksinə, çalışdılar ki, aradan birtəhər dürtülüb yolun qırağındakı maşını aparsınlar. İmkan vermədim və 102-yə zəng vurub şikayət elədim ki, darısqal küçədə evakuator nəqliyyatın hərəkətini əngəlləyir. Bunu demişdim, evakuator aradan çıxdı. Nömrəsi: 99 JE 403. Ətrafda da xeyli adam dayanıb bizə baxırdı. Amma heç kim səsimə səs vermədi. Demək istədiyim odur ki, evakuator heç bir maşını belə qəfil gəlib apara bilməz. Apararsa, etiraz edilməlidir. Evakuasiyanın şərti budur: əvvəlcə DYP maşını yanaşır, sürücünü axtarır ki, maşını götürsün. Sürücünü tapa bilmədikdə isə zərurət qarşısında evakuator çağırır. Bizsə müşahidə edirik ki, DYP əməkdaşları-maşını gözə dəymir, hardansa bir evakuator çıxır və maşınları oğurlayır. Özbaşınalıqdır! Ona görə də belə halla rastlaşanda etiraz edin, şikayət edin. Yeri gəlmişkən, maşını evakuasiya ediləcək sürücü də gəlib çıxdı və mənə təşəkkür edib getdi”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh