Nikola Motors "bərkgedən" baggi hazırlayıb

Avtodünya 18 Avqust 2017 20:50 Oxunub 1508
Nikola Motors "bərkgedən" baggi hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yaşıl" nəqliyyat üzrə ixtisaslaşmış Nikola Motors şirkəti bərkgedən Zero baggisini təqdim edib

Bagginin ən güclü variantı 555 at qüvvəsi hasil edən qurğu ilə təchiz ediləcəkdir. Nikola Motors şirkəti One layihəsi sayəsində məşhurlaşıb.

Bu layihənin qəhrəmanı 1000 at qüvvəsinə malik olan və hidrogenlə çalışan yük avtomobilidir.  Layihə təqdim edildikdən sonra, firma 2000 at qüvvəli hibrid yük avtomobilini və adı çəkilən baggini hazırlayacağını bildirmişdi. Keçən il şirkət bagginin şəkillərini dərc etsə də, yeni təsvirlərdə Zero tamamilə fərqli görünür.

İndi isə, istehsalçı ən güclü "içalat" barədə xəbər yayıb. Dörd yerli ofroder 75, 100 və 125 kilovat-saatlıq tutumu olan batareyalar dəsti ilə təklif ediləcəkdir. Müqayisə üçün, ən güclü Testa avtomobili 100 kilovat-saatlıq batareya ilə təchiz edilir.

Tam ötürməli bagginin gücü 415 - 555 at qüvvəsi arasında olacaqdır. 

Onun güc aqreqatının fırlanma anı isə 5000 - 6650 Nm təşkil edəcəkdir. Zero modelinin top variantı 100 km/saat həddini 3,9 saniyəyə toplayır. Bagginin yürüş ehtiyatı barədə məlumat verilməsə də, əvvəllər Nikola Motors 322 kilometrdən bəhs etmişdi.

Nikol Zero ABŞ-da 35 min dollara satılacaqdır. Bagginin ümumi yollarda istifadə etmək üçün icazə (əlavə ödənişlə) almaq gərəkdir. Bu ilin sonunda Nikola Motors test-drayvlar keçirmək niyyətindədir. Sifarişlərin qəbuluna isə gələn ilin əvvəlində başlanacaqdır. (autograph)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh