Çinlilər 4 modeldən yeni krossoveri hazırlayırlar

Avtodünya 18 Avqust 2017 22:54 Oxunub 1668
Çinlilər 4 modeldən yeni krossoveri hazırlayırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin hər detalı bir modeldəndir

Çinin Zotye markası yeni krossoverin xarici görkəmini patentləşdiribdir. "Autohome" tərəfindən dərc edilmiş patent təsvirlərindən göründüyü kimi, hazırlanan modelin simasında Audi, Land Rover və Toyota markalarının dörd modelinin cizgiləri mövcuddur.

Ön hisəsinin tərtibatı Audi Q7 və Toyota Land Cruiser 200 modellərini, kapotun forması, tavan xətti və avtomobilin yan tərəfləri isə Range Rover Sport modelini xatırladır. Əksinə arxa işıq texnikasının formasında isə Land Rover Discovery modelinə xas olan çizgiləri müşahidə etmək mümkündür.

Yeni model barədə texniki məlumat verilməyib. Onun Çin bazarında nə zaman satışa çıxarılacağı məlum deyildir. Maraqlıdır ki, Zotye artıq Porsche Macan və Volkswagen Tiguan modellərinin bənzərlərini istehsal edir. Onlardan birincisi 16 min dollara, ikincisi isə 12 min dollara satılır. (autograph)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh