“Şamaxı” gəmisinin təmiri son mərhələdədir

Gündəm 18 Avqust 2017 16:21 Oxunub 1291
“Şamaxı” gəmisinin təmiri son mərhələdədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir işləri başa çatdıqdan sonra gəminin təyinatı dəyişdirilərək təmizləyici stansiya kimi fəaliyət göstərəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Şamaxı” tankerinin təmiri uğurla davam edir. Hazırda “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəminin təmiri üzrə son işlər görülür. Avtosfer.az QSC-ə istinadən xəbər verir ki, indiyədək gəmidə baş və köməkçi mühərriklər, nasoslar, separatorlar, boru sistemləri, elektrik avadanlıqları, işçi heyətin yaşayış kayutları, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Gəmi tərsanəyə qaldırılarkən gövdənin yararsız hissələri tamamilə dəyişdirilib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları təmir olunduqdan sonra sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Təmir işləri başa çatdıqdan sonra gəminin təyinatı dəyişdirilərək təmizləyici stansiya kimi fəaliyət göstərəcək. Bununla əlaqədar gəmidə böyük həcmdə modernizasiya işləri aparılıb. Belə ki, təmir müddətində gəmidə 2 ədəd LMBQ 7000 tipli 10 Bar-lıq elektrik idarəetmə sistemi ilə birlikdə müasir yeni buxar qazanı quraşdırılır. Onun burun hissəsində sağ və sol bortlarda layihə əsasında yeni təmizləyici stansiya inşa olunub və boru xətləri çəkilib. Əvvəlki istifadədə olan təmizləyici stansiyadan fərqli olaraq “Şamaxı” gəmisi özü hərəkət edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh