Küçəyə zibil atanlarla bağlı polisə müraciət edildi - FOTO

Qaydalar 19 Avqust 2017 01:42 Oxunub 1441
Küçəyə zibil atanlarla bağlı polisə müraciət edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eldar Babayev küçəsinə qarışıq istehsalat tullantıları və işlənmiş təkərlər qalaqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində Eldar Babayev küçəsi 13 saylı evin yaxınlığında qarışıq istehsalat tullantıları, o cümlədən işlənmiş avtomobil təkərlərinin qalaqlandığı məlum olub.

Ərazinin tullantılardan təmizlənməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Ərazinin əvvəlki vəziyyətə gətirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinə, qeyri-qanuni tullantı atan şəxsləri müəyyən etmək üçün isə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh