Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

Gündəm 19 Avqust 2017 15:08 Oxunub 877
Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət başçısı ümummill lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə edib. Avtosfer.az xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh