“BakuBus” təkər almaq istəyir

Gündəm 19 Avqust 2017 15:12 Oxunub 775
“BakuBus” təkər almaq istəyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət bunun üçün açıq tender elan edib

“BakuBus” MMC 302 ədəd “Iveco” markalı avtobusa (151 ədəd “Iveco Crealis” və 151 ədəd “Iveco Urbanay”) tələb olunan 275/70Р22,5 ölçülü təkərlərin satın alınması üçün açıq tender elan edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 2 min manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 14-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 21-nə qədər “BakuBus”ın Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunun 1-ci km-liyində yerləşən ofisinə təqdim etməlidirlər. Təkliflərə sentyabrın 22-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh