Zığ şosesində minik avtomobili ilə yük maşını toqquşub

Gündəm 19 Avqust 2017 15:23 Oxunub 623
Zığ şosesində minik avtomobili ilə yük maşını toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməliyyat saat 05:49-da başa çatıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu Zığ şosesində “Lada” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub. Avtosfer.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Sürücü aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:49-da başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh