Mikroavtobus qəzaya düşüb, xəsarət alan var

Qəzalar 20 Avqust 2017 02:20 Oxunub 776
Mikroavtobus qəzaya düşüb, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır

Mingəçevirdə sərnişin mikro avtobusu qəzaya düşüb. Hadisə şəhərin Heydər Əliyev prospektində, Avtovağzalın yaxınlığında baş verib.  Belə ki, “Vaz2107” markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan “Ford” markalı mikroavtobusla toqquşub. Nəticədə “VAZ 2107”-nin sürücüsü - 1997-ci il təvəllüdlü şəhər sakini Əliyev Aydın Namiq oğlu xəsarət alıb. Yaralı hadisə yerinə gəlmiş təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh