“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var

Qəzalar 20 Avqust 2017 03:47 Oxunub 938
“Chevrolet” Yuxarı Şirvan kanalına aşıb: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dalğıc-xilasediciləri 44 yaşlı Tərlan Paşayevin cəsədini sudan çıxarıb

Ağdaş rayonunun Hüşün kəndində “Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumata əsasən, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh