Avtomobil kanala düşdü - Ağdaşda

Qəzalar 20 Avqust 2017 10:29 Oxunub 1088
Avtomobil kanala düşdü - Ağdaşda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

Ağdaş rayonu, Hüşün kəndində avtomobil kanala düşüb. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Ağdaş rayonu, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində “Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh