Avtomobil 4 nəfəri vuraraq hadisə yerindən qaçıb - Bərdədə  

Qəzalar 20 Avqust 2017 12:42 Oxunub 765
Avtomobil 4 nəfəri vuraraq hadisə yerindən qaçıb - Bərdədə   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən başqa toy sakinləri olan 4 nəfəri vuraraq hadisə yerindən qaçıb Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kənd ərazisimdə baş verib. Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü idarə etməni itirərək yol kənarında su içən piyadaları vuraraq hadisə yerindən qaçıb.Hadsiə nəticəsində 1962 ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib digər 3 nəfər 1993 cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962 ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı , 1955ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alaraq Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırılıb halhazırda vəziyyətləri ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh