Toyda faciə - Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı - Ölən var - FOTO

Avtoxəbər 21 Avqust 2017 00:47 Oxunub 1685
Toyda faciə - Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı - Ölən var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-2106" markalı avtomobil yol kənarında su içən piyadaları vurub

Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 qonağını vuraraq hadisə yerindən qaçıb. Avtosfer.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində baş verib. Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, "VAZ-2106" markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub. Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər -1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.



FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh