“Sahil” metrostansiyası bağlandı - Bir illik

Gündəm 21 Avqust 2017 01:45 Oxunub 1011
“Sahil” metrostansiyası bağlandı - Bir illik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatarlar “Sahil”də dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək

Avqustun 21-nə keçən gecə metronun “Sahil” stansiyasına bağlanacaq və səhər saatlarından etibarən təmir başlayacaq. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq. “Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.

Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar “Sahil” stansiyasında dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh