Azərbaycanda sürətli yol çəkilir

Yeniliklər 3 May 2014 03:05 Oxunub 2168
Azərbaycanda sürətli yol çəkilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tranzit yüklərin daşınması asanlaşacaq.

Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Bakı-Astara hissəsinin yeni variantı tikilir. Ələtdən Astraya qədər uzunluğu təxminən 200 km-ə yaxın olan yol sürətli və ancaq tranzit yüklərin daşınması üçün nəzərdə tutulub. Bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev bildirib. V.Hacıyev bildirib ki, yeni yol mövcud yoldan əlavə olacaq və yaşayış məntəqələrindən kənarda tikiləcək: “Biz tranzit yükləri, yəni ağır tonnajlı maşınları əsas yoldan çıxara bilsək, köhnə yol insanların xidmətində yaxşı qalacaq. Məsələn, Masallıdan Lənkərana gedən təzə yola çıxmayacaq, köhnə yolla gedəcək”.

Bakı-Astara yoluna əlavə çəkilən yolun üstünlüklərindən danışan ASC-nin sədr müavini deyib ki, yeni layihə nəticəsində köhnə yoldan ağır maşınlar getməyəcək. “Nəticədə bu yol həm təhlükəsiz olacaq, həm yol nəqliyyat hadisələrinin sayı azalacaq, həm də insanlar məqsədlərinə tez çatacaqlar”, - deyə o bildirib. V.Hacıyevin sözlərinə görə, yol tikintisi bahalı sahə olduğundan bu işlər mərhələli şəkildə həyata keçirilir. Artıq yolun 50%-dan artığında iş gedir, qalan hissələrdə isə bunun davam etməsi üçün iş görülür. APA

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh