Xəzərdə reyd – Çimərlikdən gələn 4 sərxoş sürücü tutuldu - VİDEO

Yol polisi 21 Avqust 2017 08:17 Oxunub 2231
Xəzərdə reyd – Çimərlikdən gələn 4 sərxoş sürücü tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəzər rayon DYPŞ-nin əməkdaşları cərimələri ödəməyənləri də cəzalandırıb

Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı cərimələri vaxtında ödəməyən 10-a yaxın sürücü aşkar olunaraq barələrində qanuna müvafiq tədbir görülüb. Bundan başqa, çimərliklərdən gələn 4 sərxoş sürücü aşkar edilib və onlara cərimə protokolu yazılıb. Avtomobillər isə cərimə meydançasına aparılıb.

Reyd zamanı həmçinin, təhlükəsizlik kəmərindən istifadə etməyən və dayanma-durma qaydalarını pozan 26 sürücü barəsində cərimə yazılıb. Yol polisləri digər qayda pozuntuluruna görə daha 25 sürücünü cərimələyib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh