Bakıda bomjlar gəncə hücum edib döydülər – Polis xilas etdi

Xəbərlər 21 Avqust 2017 03:00 Oxunub 1898
Bakıda bomjlar gəncə hücum edib döydülər – Polis xilas etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Məni xuliqanların əlindən xilas edib ilkin tibbi yardım göstərdilər”

Avqustun 18-də, gecə saat 00:30 radələrində Nəriman Nərimanov prospektində bir neçə naməlum şəxs Orxan Fərəcova hücum çəkərək ona ağır xəsarət yetiriblər. Bu barədə Avtosfer.az-a Orxan Fərəcov özü məlumat verib. Bildirib ki, evlərinin yaxınlığında iti ilə gəzərkən qəribə hadisə baş verib: “İtimin yol kənarına yaxın olan tikinti ərazisindəki zirzəminin girəcəyində yeri qazdığını görüb dayandım. Zirzəminin içində məskunlaşan sərxoş olduğunu düşündüyüm bir şəxs mənə heç bir səbəb olmadan şərəf və ləyaqətimi alçaldan ifadələr işlətdi. Daha sonra bayıra çıxaraq əlindəki daşla mənə hücum etdi. Onun sərxoş olduğunu zənn edərək uzaqlaşmaq istəyərkən həmən şəxs bir neçə addım yol kənarına qədər arxamca gəldi. O an sərxoş bildiyim şəxsə 102 xidmətinə zəng edəcəyimi bildirdim. Yoldan keçən tanımadığım 4-5 nəfər yaxınlaşaraq polisə məlumat verməməyimi söylədi. Mən hadisə barədə polisə məlumat vermək üçün 102 xidmətinə zəng etdikdə həmən şəxslərdən ikisi köməksiz vəziyyətdə və tək olmağımdan istifadə edərək arxadan hücum edib başımın sol nahiyyəsinə, eləcə də sol qulağıma əlin içi ilə və yumruqla qəsdən dəfələrlə ağır zərbələr endirdilər. Mənim vəziyyətim çox pis idi, amma artıq çətinliklə olsa da 102 xidmətinə hadisənin baş verdiyi ünvanı bildirmişdim. Çox tez bir zamanda hadisə yerinə gələn 26-cı polis bölməsinin əməkdaşları məni xuliqanların əlindən xilas edib ilkin tibbi yardım göstərdilər, bir neçə dəqiqə sonra isə mənə xəsarət yetirib qaçan dəstənin bir üzvünün saxlanılmasına müvəffəq oldular. Səhəri tün Yasamal rayon Məhkəmə Tibbi Ekspertizasının keçərkən ekspertlər və həkimlər mənə sol qulağımın pərdəsinin deşildiyini, başımın sol nahiyyəsində şişlərin olduğunu və üzümün cızıldığını dedilər və məsələni 26-cı polis bölməsinə rəsmi qaydada bildirəklərini söylədilər. Axşam saatlarında 26-cı bölmənin növbətçi hissəsindən aldığım məlumata görə, artıq mütəşəkkil dəstənin digər üzvü də saxlanılıb və barələrində cinayət işi açılıb. Hadisə barədə Daxili İşlər Nazirliyinə məlumat göndərilib.

Konstutsiyamızın və qanunlarımızın aliliyinə güvənim sonsuzdur. Əminəm ki, mənim köməksiz vəziyyətimdən sui-istifadə edərək sağlamlığıma qəsdən zərər vuran, mənim sol qulağımın pərdəsinin deşilməsinə və eşitmə qabiliyyətimin xeyli zəifləməsinə səbəb olan, mənə fiziki və mənəvi zərər vuran xuliqan dəstə qanun qarşısında cavab verəcək”.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh