Hərbi gəmi yük gəmisi ilə toqquşdu: 10 nəfər itkin düşüb

Qəzalar 21 Avqust 2017 09:42 Oxunub 612
Hərbi gəmi yük gəmisi ilə toqquşdu: 10 nəfər itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə əlaqədar araşdırma aparılır

Malayziya sahilləri yaxınlığında ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisinin  yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir. “Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır. 

***

04:36

 

Malakka boğazı yaxınlığında ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisi  yük gəmisi ilə toqquşub. Bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir. Məlumata əsasən, esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hadisə yerində xilasedici əməliyyatın aparıldığı bildirilsə də, qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh