Gömrük əməkdaşları qəzaya düşdü: ölən və yaralanan var - FOTO-VİDEO

Qəzalar 21 Avqust 2017 10:23 Oxunub 1079
Gömrük əməkdaşları qəzaya düşdü: ölən və yaralanan var - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, “Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub. Faktla bağlı araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh