Azərbaycanlı 2 milyon dollarlıq qızılla saxlanıldı - FOTO

Gündəm 21 Avqust 2017 11:43 Oxunub 983
Azərbaycanlı 2 milyon dollarlıq qızılla saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın "Nursultan Nazarbayev" beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da "İstanbul-Astana" reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb. Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh