Qaradağda ağır yol qəzası: ölən və yaralanan var
Avtoxəbər 21 Avqust 2017 12:51 139 dəfə oxunub
Qaradağda ağır yol qəzası: ölən və yaralanan var
Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır

Qaradağ rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasovun sərnişini- Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh