NASA 5 yaşlı müsəlman uşağın çəkdiyi raket "çertyoj"una cavab göndərib

Maraqlı 21 Avqust 2017 13:00 Oxunub 1334
NASA 5 yaşlı müsəlman uşağın çəkdiyi raket "çertyoj"una cavab göndərib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, agentliyin çoxsaylı proqramlarından birində iştirak edə bilər

ABŞ-ın NASA kosmik agentliyi beşyaşlı müsəlman İdris Hiltonun çəkdiyi raket "çertyoj"una cavab göndərib. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, İdris çəkdiyi rəsmdə bunun ən sürətli raket olacağını bildirir. O özü həmin raketdə kosmosa uçmaq üçün astronavt olmaq arzusundadır. NASA mütəxəssisləri uşağa göndərdikləri cavabda onun layihəsini, bu yaşdakı təşəbbüskarlığını bəyəndiklərini, düzgün işləyərsə, arzusuna mütləq çatacağını bildiriblər, həmçinin qeyd ediblər ki, o, agentliyin çoxsaylı proqramlarından birində iştirak edə bilər.  İdrisin atası Camal Hilton özünün "Twitter" səhifəsində oğlunun məktubunu, çəkdiyi rəsmi və aldığı cavabı dərc edib, uşağın hədsiz sevincini bölüşüb. İndi İdris yeni dərs ilinin başlanmasını səbirsizliklə gözləyir, belə ki, o, arzusuna çatmaq üçün biliyini artırmaq niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh