Ermənistan dünyanın ən çox yol qəzası baş verən üç ölkəsindən biridir

Gündəm 21 Avqust 2017 14:49 Oxunub 939
Ermənistan dünyanın ən çox yol qəzası baş verən üç ölkəsindən biridir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ermənistanda yol qəzalarında qeydə alınan ölüm sayı hər milyon nəfərə 114,7 adama bərabər olub

Gürcüstan, Rusiya və Ermənistan yol qəzalarında ölüm sayına görə tərtib olunan reytinqdə ilk sıralarda qərarlaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "Corestone" analitik şirkətinə istinadən məlumat verir. Reytinqdə Gürcüstan bütün ölkələri qabaqlayıb. Qonşu ölkədə hər milyon sakinə 163,6 ölü düşüb. Rusiya hər milyon sakinə 160,4 ölü göstəricisi ilə 2-ci pillədə qərarlaşıb. Ermənistanda isə yol qəzalarında hər milyon sakinə 114,7 ölüm olub. Ən az ölüm faktı qeydə alınan ölkələrin ilk üçlüyü isə belədir: Norveç (22,5), Malta (25,5) və İsveç (26,4). Bu baxımdan, ən təhlükəsiz ölkələr arasında həmçinin Böyük Britaniya (27,7), İsveçrə (30,5), İrlandiya (35,8), İspaniya (36,4), Hollandiya (36,7), Yaponiya (38, 3) və İsrail də (38,4) yer alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh