Yolu keçərkən SMS yazanlar cərimələnəcək

Qaydalar 21 Avqust 2017 18:55 Oxunub 1424
Yolu keçərkən SMS yazanlar cərimələnəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanun layihəsi qəbul edilərsə...

ABŞ-ın Konnektikut ştatının Stemford şəhərinin yerli hakimiyyəti yoldan keçərkən SMS yazan və bununla da özünü və digərlərini təhlükəyə atan piyadalara cərimə kəsməyi təklif edib. Avtosfer.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, yeni qanun iri küçələrin ətrafında SMS yazan və telefonla danışan piyadalara aid olacaq. Buna bənzər layihə artıq Havay ştatının paytaxtı Honolulu şəhərində qəbul edilib və 2017-ci ilin oktyabrında qüvvəyə minəcək. Bu şəhərdə yolu keçərkən diqqətini smartfona yönəldən və ətrafına baxmayan piyadalar 30 dollar məbləğində cərimələnəcəklər. Ötən il ABŞ-da piyadalar arasında qurbanların sayı 11 faiz artıb və təxminəm 6 min nəfər təşkil edib. Qanun layihəsi Konnektikutda qəbul edilərsə, çox güman ki, bu praktika bütün Amerika Birləşmiş Ştatlarının ərazisində genişlənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh