Azərbaycan Gürcüstana helikopter göndərdi

Gündəm 21 Avqust 2017 16:05 Oxunub 830
Azərbaycan Gürcüstana helikopter göndərdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. FHN-dən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxıb və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh