Yol polisi buna görə cərimə yaza bilməz – Ekspert danışdı - VİDEO

Yazarlar 21 Avqust 2017 23:20 Oxunub 14022
Yol polisi buna görə cərimə yaza bilməz – Ekspert danışdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz”

Maşınına ''Satılır'' elanı yazanlar cərimə ediləcək. Avtosfer.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. İdarənin şöbə rəisi Kamran Əliyev deyib ki, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır. Avtomobilin şüşəsində "Satılır" yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir.

Qeyd edək ki, normalara əsasən nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilir.

Qeyd edək ki,''Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi'' qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 1500-2000 manat cərimə müəyyən edilib.

“Bu gün belə bir məlumat yayılıb ki, avtomobillər üzərində "Satılır" sözü yazanlar nəqliyyat vasitəsində qanunsuz reklam yaymaya görə cərimələnəcəklər. Amma bu heç də həmişə belə ola bilməz”. Bunu isə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib. Onun sözlərinə görə, "Reklam haqqında" Qanun fərq qoymadan "reklam" ifadəsi işlətsə də, reklam kommersiya məqsədli informasiyadır. Ona görə də hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmamalıdır. Əgər kimsə peşəkar olaraq avtomobil al-veri ilə məşğul olursa və satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər, çünki bu artıq kommersiya xarakterli reklamdır. Bununla belə, sürücüləri diqqətli olmağa çağırıram. Çünki DYP bu məsələyə də diqqəti artırmağa başlayıb və artıq rəsmi məlumat da verilib. Satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh