İsmayıllıda maşın 15 qoyunu vurub öldürdü

Qəzalar 21 Avqust 2017 23:59 Oxunub 866
İsmayıllıda maşın 15 qoyunu vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə qoyun sürüsünün qəflətən yola çıxması nəticəsində baş verib

İsmayıllı rayonunda qoyun sürüsünün tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb. Hadisə qoyun sürüsünün qəflətən avtomobil yoluna çıxması nəticəsində baş verib. Belə ki, rayonun Yeniyol kənd sakini Fəridov İsmayıl Rövşən oğlu idarə etdiyi 10-SD-276 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobilini yolun ortasındakı qoyun sürüsünə çırparaq 15 baş xırda buynuzlu heyvanı tələf edib. Çobanlar qoyunların qarşısını ala bilmədikləri üçün sürünün avtomobil yoluna çıxdığını deyirlər. Qəza zamanı kənd sakininə 2 min manatdan çox maddi ziyan dəyib.

Hadisə yerinə İsmayıllı rayon Polis Şöbəsinin və rayon baytarlıq idarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh