Abşeronda "Kamaz “Chevrolet”ə çırpıldı - Yaralananlar var

Qəzalar 22 Avqust 2017 00:56 Oxunub 706
Abşeronda "Kamaz “Chevrolet”ə çırpıldı - Yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Müşfiqabad qəsəbəsində qeydə alınıb. 99 GP 739 dövlət nömrə nişanlı "Chevrolet -AVEO" markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn "Kamaz" markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində "Chevrolet-AVEO" markalı avtompbil aşaraq yolun kənarına çırpılıb. Minik maşınında olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh