Bakıda toy karvanında “Niva”nı ikitəkər qaldırdılar - VİDEO

Avtoxəbər 22 Avqust 2017 14:23 Oxunub 1940
Bakıda toy karvanında “Niva”nı ikitəkər qaldırdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünü ağır cəza gözləyir

Toy karvanında "avtoşluq" edən 99-XB-055 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsünün təhlükəli hərəkətləri kameraya düşüb. Salyan şossesində (Şıx çimərliyi istiqamətində) toy karvanında hərəkətdə olan həmin “Niva”nın sürücüsü avtomobili dəfələrlə ikitəkər üzərində qaldıraraq digər sürücülərə təhlükə yaradıb.

Bununla yanaşı, avtomobilin konstruksiyasında da ciddi problemlər var. Avtomobilin arxa yayları kəsilib, sürücülərə mane olacaq dərəcədə xarici işıq cihazlarına dəyişiklik olunub.

Belə avtomobillərin istismarı qadağandır və sürücünü ağır cəza gözləyir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh