Yük gəmisi batıb: itkin düşənlər var

Qəzalar 22 Avqust 2017 10:00 Oxunub 638
Yük gəmisi batıb: itkin düşənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəminin göyərtəsindəki 5 nəfər itkin düşüb

Yaponiyanın Naqasaki prefekturasının suları ərazisində yük gəmisinin batması nəticəsində 5 nəfər itkin düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "NHK" telekanalı xəbər verib. Bildirilir ki, 100 tonluq "Aoi-maru" yük gəmisi Küsü və Hirado adalarını birləşdirən Hirado körpüsündən 4 kilometr məsafədə batıb. Ekipaj üzvlərindən biri yaxınlıqdakı gəmi tərəfindən xilas edilib. Onun sözlərindən məlum olub ki, yük gəmisinin - barjanın göyərtəsində daha 5 nəfər olub. Onların sonrakı taleyi müəmmalıdır. Yaponiyanın Dənizdə Təhlükəsizlik Xidməti axtarışlar aparır və qəzanın səbəblərini araşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh