Sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan var

Qəzalar 22 Avqust 2017 10:03 Oxunub 635
Sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Yaralı xəstəxanaya yerləşdirilib

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, "Daewoo" markalı sərnişin avtobusunun sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus "Shacman" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Mirzəliyev Rafiq Ağabala oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, avtobusun sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh